AZ

Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu

BAKI. 4 iyul. TELEQRAF

İtaliyanın Kaorle şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında ilk medalçılar müəyyənləşib.

Teleqraf xəbər verir ki, bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kq) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb.

Finalın əvvəlindən sonunadək dominantlıq edən Qurbanova böyük üstünlüklə - 9:1 hesabı ilə qələbə qazanaraq Avropa çempionu olub. Beləliklə, gənc pəhləvan bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və 23 yaşadək güləşçilər arasında Avropa çempionatının qalibi olub.

Seçilən
17
33
teleqraf.com

8Mənbələr