AZ

Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıdı

Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb.

Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

İyulun 3-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Andrey Rudenko Əfqanıstanın Rusiyaya yeni təyin olunmuş səfiri Gül Həsəndən etimadnaməsinin surətlərini qəbul edib.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin bəyan edib ki, Əfqanıstan hakimiyyətinin Rusiya Federasiyası tərəfindən rəsmi tanınması iki ölkə arasında müxtəlif sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcək.

Seçilən
33
50
publika.az

10Mənbələr