“İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfəri ilə region ölkələrinin birliyini və sıx siyasi, ticari-iqtisadi əməkdaşlıq istəklərini göstərmək istəyir”.
Bu sözləri Globalinfo.az-a iranşünas, tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Lana Ravandi-Fədai deyib.
Ekspert qeyd edib ki, Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevin təklifini qəbul etməklə Bakı və Tehran arasında inciklik olmadığını, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu göstərir: Sezar pizza
“Sammitin Xankəndində keçirilməsi də simvolik xarakter daşıyır və bu, iştirakçı ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıq şəkildə ortaya qoyur”.
Fədai İran prezidentinin səfər zamanı türk dili və digər mövzularla bağlı açıqlamalarına da münasibət bildirib:
“Məsələ burasındadır ki, Pezeşkian islahatçılar düşərgəsinə aiddir. Hatəminin dövründən bu yana islahatçılar hakimiyyətə gələndə milli siyasət yürüdür, ölkədə etnik azlıqların ana dillərinin öyrənilməsi uğrunda mübarizəyə başlayırlar. Mühafizəkarlar isə hakimiyyətə gəldikləri zaman bütün bunların separatizmə gətirib çıxardığını düşür, ona görə də milli siyasətdəki “vintləri” bir növ bərkidirlər. Məsələ yalnız bununla bağlıdır, 12 günlük müharibə ilə deyil. Bu Hatəminin, Ruhaninin dövründə bu belə idi. Pezeşkianın zamanında da belə olacağını proqnozlaşdırmışdım. Prosesi Hatəmi başlatdı, amma həyata keçirmək onun üçün çox çətin idi. Milli siyasətdə ən böyük uğuru Ruhani əldə etdi və indi Pezeşkian bunu davam etdirir”.
Qeyd edək ki, daha əvvəl bəzi İran KİV-lərində guya Azərbaycanın İsrail pilotsuz təyyarələrinin öz ərazisindən İrana uçmasına icazə verdiyinə dair ittihamlar yayılıb.
Telegram kanalımız