AZ

Məşhur aktyor evində ölü tapıldı

“Reservoir Dogs”, “Kill Bill” və “The Hateful Eight” filmlərindəki rolları ilə tanınan Hollivud aktyoru Maykl Madsen 67 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə onun meneceri Ron Smit məlumat verib.

“Maykl Madsen son iki il ərzində müstəqil filmlə, o cümlədən qarşıdan gələn "Resurrection Road", "Concessions" və "The Southern Housewives Cookbook" filmləri ilə inanılmaz iş gördü və həyatının bu növbəti fəslini səbirsizliklə gözləyirdi”, - menecer deyib.

Aktyorun cəsədi iyulun 3-də səhər saatlarında Malibudakı evində cansız tapılıb. Ölümün ilkin səbəbi ürək dayanması olub, sonra Smit bunu təsdiqləyib.

Çikaqoda anadan olan Maykl 1983-cü ildə "WarGames" filmində debüt edib.

Seçilən
33
42
publika.az

10Mənbələr