AZ

"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi - FOTO

Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialında "Cevat Akarsu" obrazı ilə tanınan aktyor Şekip Taşpınar bu gün vəfat edib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, onun ölüm xəbərini meneceri Temmuz Karikutal sosial şəbəkə vasitəsilə təsdiqləyib. 

Karikutal paylaşımında bunları yazıb:

"Menecerliğini yaptığım değerli oyuncu Şekip Taşpınar'ı sabah saatlerinde kaybetmenin üzüntüsünü derinden yaşıyorum. Çok şey paylaştık. Mekanın cennet olsun ağabey..." 

Şəkip Taşpınar 10 Fevral 1969-cu ildə Ankarada anadan olub, Hacettepe Universiteti Dövlət Konservatoriyasını bitirib. O, 1988-ci ildən bəri teatr və televiziya səhnələrində yer alıb. "Kurtlar Vadisi Pusu" serialındakı rolundan sonra şöhret qazanıb.

2023-cü ildə o, saxta içki səbəbilə zəhərlənərək süni tənəffüs aparatına qoşulmuşdu.

O, 56 yaşında dünyasını dəyişib.

Seçilən
7
42
day.az

10Mənbələr