AZ

Asensio karyerasını “Milan”da davam etdirə bilər

PSJ-nin yarımmüdafiəçisi Marko Asensio yay transfer dönəmində karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın “TMW” nəşrinə istinadən yaydığı xəbərə görə, futbolçunun agenti Jorje Mendeş onun xidmətlərini "Milan"a təklif edib. 

29 yaşlı futbolçu 2024/25 mövsümünün ikinci yarısını İngiltərənin “Aston Villa” klubunda icarə əsasında keçirib. Lakin Birmingem təmsilçisi ispaniyalı ilə əməkdaşlığı davam etdirməməyi qərara alıb. Bu səbəbdən Asensio hazırda yeni klub axtarışındadır.

“Milan”ın futbolçunu icarəyə götürmək istədiyi bildirilir. Lakin oyunçunun yüksək maaşı transferin reallaşmasında əsas çətinlik yarada bilər. Qeyd edək ki, Asensionun "rossoneri"yə keçidi barədə şayiələr onun hələ “Real Madrid”də çıxış etdiyi dövrdən dövriyyədədir.

Xatırladaq ki, Asensioya “Fənərbaxça” tərəfindən də maraq göstərildiyi barədə məlumatlar yayılmışdı.

Seçilən
17
50
90deqiqe.az

10Mənbələr