AZ

"Mingəçevir"də iki ayrılıq

Futbol üzrə Azərbaycan çempionatının 1-ci Liqasında çıxış edən "Mingəçevir"də iki ayrılıq baş tutub.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbaut xidməti məlumat yayıb.

Bölgə təmsilçisi futbolçuları Hüseyn Əliyev və Aqil Nəsibovla yollarını ayırıb. Klub hər iki oyunçu ilə başa çatan müqaviləni yeniləməyib.

"Mingəçevir" Əliyev və Nəsibova xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb.

İdman.biz

Seçilən
18
6
idman.biz

10Mənbələr