AZ

“Mingəçevir” Əliyev və Nəsibovla vidalaşdı

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Mingəçevir” komandasının iki oyunçusu əyalət klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbaut xidməti məlumat yayıb.

Əyalət təmsilçisi Hüseyn Əliyev və Aqil Nəsibovla yollarını ayırıb. Klub hər iki oyunçu ilə başa çatmış müqaviləni yeniləməyib. Birinci Liqa təmsilçisi Əliyevlə Nəsibova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Mingəçevirin eyniadlı təmsilçisi Birinci Liqada 2024/2025-ci illər mövsümünü 35 xalla 4-cü pillədə başa vurub.

Seçilən
19
8
arena.az

10Mənbələr