AZ

Boks üzrə Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışına başlayıb

Bakı, 3 iyul, AZƏRTAC

Boks üzrə kadetlərdən ibarət Azərbaycan milli komandası Özbəkistanda təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, hazırlıq 15 gün davam edəcək.

Boksçularımız Buxarada yerli komanda ilə birgə məşq edib, sınaq döyüşləri keçirəcəklər.

Qeyd edək ki, toplanış Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.

Seçilən
105
9
azertag.az

9Mənbələr