AZ

ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olundu

Bakı. Trend:

ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyinolunub.

Trend ABŞsəfirliyinə istinadən xəbər verir ki, bu vəzifəyə Emi Karlontəyinat alıb.

Məlumata görə, Emi Karlon bu həftə Bakıya gəlib.

Qeyd edilib ki, Emi Karlon ABŞ-nin Azərbaycandakı səfirliyindəmissiya rəhbərinin müavini vəzifəsini 23 iyun 2025-ci ildə özüzərinə götürüb. O, ABŞ Dövlət Departamentində Ali DiplomatikXidmətin üzvüdür.

O, iyun 2022-ci ildən avqust 2024-cü ilədək Diplomatik Xidmətİnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib. Onun sontəyinatlarına Şərqi Asiya Sakit Okean Məsələləri BürosundaAvstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları idarəsindədirektor müavini (2020-2022), ABŞ-nin Yunanıstan, Afinadakısəfirliyində siyasi müşavir vəzifələri (2016-2019) daxildir. O,İndoneziya, Avstriya, Rusiyada, habelə Dövlət DepartamentininAvropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetməBürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-MühafizəMəsələləri Bürosunda xidmət edib.

Emi Karlon Oklahoma Universitetində Biznesin idarə edilməsiixtisası üzrə bakalavr dərəcəsinə və Harvard Universitetinin Con F.Kennedi adına Dövlət İdarəetmə İnstitutunda Dövlət siyasətiixtisası üzrə magistr dərəcəsinə yiyələndikdən sonra 1999-cu ildəABŞ Dövlət Departamentində diplomatik xidmət əməkdaşı kimi işləməyəbaşlayıb. O, iyun 2020-ci ildə Milli Müdafiə UniversitetininEyzenhauer adına İnstitutunda Milli Resurs Strategiyası ixtisasıüzrə magistr dərəcəsinə yiyələnib.

Seçilən
43
9
az.trend.az

10Mənbələr