AZ

ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olundu – Dosye


ABŞ-nin yeni Müvəqqəti İşlər Vəkili Emi Karlon bu həftə Bakıya gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilir ki, Emi Karlon ABŞ-nin Azərbaycandakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsini 23 iyun 2025-ci ildə öz üzərinə götürüb. O, ABŞ Dövlət Departamentində Ali Diplomatik Xidmətin üzvüdür.
“Emi xanım iyun 2022-ci ildən avqust 2024-cü ilədək Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib. Onun son təyinatlarına Şərqi Asiya Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları idarəsində direktor müavini (2020-2022), ABŞ-nin Yunanıstan, Afinadakı səfirliyində siyasi müşavir vəzifələri (2016-2019) daxildir. O, İndoneziya, Avstriya, Rusiyada, habelə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetmə Bürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosunda xidmət edib.
Seçilən
36
14
yeniavaz.com

10Mənbələr