AZ

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.

Məsələ ilə bağlı Coğrafiya İnstitutunun kiçik elmi işçisi Fəridə Talıbova "Report"a açıqlamasında deyib ki, iyulda isti günlərin sayının çox olacağı gözlənilir.

"İyunda temperaturun nisbətən aşağı olmasını baza dövrü, yəni 1961-90-cı illərlə müqayisə etdikdə, çox da aşağı olmadığını görürük. 90-cı ildən sonrakı dövrə nəzər salsaq, həmin dövrlərlə müqayisədə temperatur nisbətən aşağı olub. Buna səbəb isə lokal iqlim dəyişmələri, atmosfer dövranı, şimaldan və şimal-şərqdən Azərbaycana daxil olan hava kütlələrinin təsiridir. Ümumiyyətlə, şimaldan daxil olan hava kütlələri yayda nisbətən sərinlik, qışda sərtlik gətirir. Ümumi götürdükdə isə belə sərin havaların o qədər də uzun çəkməyəcəyini deyə bilərəm", - o qeyd edib.

İnstitut rəsmisi əlavə edib ki, yay aylarında temperaturun aşağı olması iqlim dəyişmələrinin bir növüdür:

"Yəni iqlim dəyişmələri dedikdə təkcə temperaturun qalxması deyil, enməsi də nəzərdə tutulur və yaxud da yağıntıların azalması, çoxalması və s. İyun ayı əsasən sərin keçsə də, isti hava da müşahidə edildi. Amma bir neçə il bundan əvvəllə müqayisədə həmin isti havanın əvvəlki illərdə daha uzun müddət davam etdiyini görmüşük. İndi isə sərin günlərin sayı nisbətən artıb, isti günlərin sayı azalıb. Bu da elə iqlim dəyişmələrinin bir təzahürüdür".

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova "Report"a bildirib ki, bu ilin iyun ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34 dərəcə isti, bölgələrdə isə 39 dərəcə isti qeydə alınıb:

Seçilən
84
11
aznews.az

10Mənbələr