AZ

Ölən direktor Hökümənin bibisi oğlu imiş - YENİLƏNİB

Ölən
Naxçıvanda məktəb direktoru Adim Yusibov faciəvi şəkildə ölüb. 1news.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib. 40 yaşlı müəllim yük avtomobilinin altında qalıb.
2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, Adim Yusibov ötən il AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası, Milli Qəhraman Hökümə Əliyevanın bibisi oğludur. Direktor "Səma Mələyi" kitabının da müəllifidir. 14:28 Naxçıvanda məktəb direktoru faciəvi şəkildə ölüb. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib.
Bu gün səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Təcili-tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Qeyd edək ki, 2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Seçilən
6
10
1news.az

10Mənbələr