Naxçıvanda məktəb direktoru avtomobil qəzasında həlak olub.
Xəbər verdiyimiz kimi, "Şərqin qapısı” dünən Ordubad rayonunun Nürgüt kəndində baş vermiş hadisənin görüntülərini yayıb.
Görüntülərdən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Ordubadın Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlunun idarə etdiyi pikap tipli avtomobilin qəzadan sonra aşması və banı üstündə qalması məlum olur.
Qeyd edək ki, A.Yusibov Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, rayonun Ələhi kənd orta məktəbinin direktoru olan A.Yusibov AZAL-ın 2024-cü il dekabrın 25-də Aktauda qəzaya uğrayan təyyarədə həlak olan stüardessa, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Milli Qəhrəman adı verilən Hökumə Əliyevanın bibisi oğludur. Hadisə A.Yusibov ot biçini sahəsinə gedərkən baş verib.