Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Naxçıvanda məktəb direktoru Adim Yusibov faciəvi şəkildə ölüb.
Metbuat.az-ın məlumatına görə, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib. 50 yaşlı müəllim yük avtomobilinin altında qalıb.
2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Adim Yusibov ötən il AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin stüardessası, Milli Qəhraman Hökümə Əliyevanın bibisi oğludur. Direktor “Səma Mələyi" kitabının da müəllifidir.
Sevinc İbrahimzadə / Metbuat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.