"Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır".
Operativ Media xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld öz "X" hesabında bildirib:
"Öldürülənlərin ailələrinə başsağlığı verir və bu zamanda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik".