AZ

Ərdoğan sabah Xankəndiyə gəlir

Ərdoğan sabah Xankəndiyə gəlirTürkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun ​ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini təsdiqləyib.

"Qafqazinfo" xəbər verir ki, Ərdoğanın İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün 4 iyul tarixində Xankəndi şəhərinə səfər edəcəyi bildirilib.

Qeyd edilib ki, sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat islahatları müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

Türkiyə prezidenti sammitdə çıxış edəcək, liderlərlə görüşlər keçirəcək.

Sammitdə üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, ŞKTC də daxil olmaqla müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Seçilən
20
48
sonxeber.az

10Mənbələr