AZ

Rusiyada cəbhədən qayıdan döyüşçünü xəstəxanalar qəbul etmir

Rusiyada müharibədə yaralanmış döyüşçü ilə bağlı maraqlı hadisə baş verib. Belə ki, Sverdlovsk vilayətindən olan müharibə iştirakçısı ağır xəsarətlər alıb. O, Kostromada tibb müəssisələrinə dəfələrlə baş çəkib. Lakin hər dəfə "qəhrəman" tibbi yardımdan məhrum edilib. Bu barədə Ura.ru məlumat yayıb.

Hərbçi bildirib ki, ötən ilin oktyabrından noyabr ayına kimi bir sıra ağır xəsarətlər alıb.

"Sınıq, kontuziyalar, qəlpə yaraları, oynaq xəsarətləri var. Bundan əlavə, döyüşçü eşitmə və görmə qabiliyyətini qismən itirib, lakin buna baxmayaraq, əməliyyat zamanı yaralı yoldaşlarını təxliyə etməyə davam edib. Nəticədə onun adı “Şücaət” ordeni alması üçün təqdim edilib və 2025-ci ilin martında xəstəliklə bağlı məzuniyyətə göndərilib.

"SVO" (Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibəyə verdiyi ad-red.) iştirakçısı Kostromadakı xəstəxanada müalicə və hərbi həkim komissiyasından keçməyə çalışıb. Lakin ona rədd cavabı verilib. Səbəb kimi tibb rotası komandirinin göndərişinin olmaması göstərilib",- nəşr yazıb.

Döyüşçü şikayət edərək deyib ki, özü=özünə qulluq etməyə başlayıb, ağrıkəsici qəbul etmək məcburiyyətində qalıb. O, ancaq xüsusi vasitələrlə hərəkət edə bilir. Əsgər iddia edib ki, lazımi müalicə almayıb və növbəti xidmətə yararlılığını müəyyən etmək üçün komissiyadan keçməyib. Ortada qalan döyüşçü mülki həyata qayıtmaq istəmədiyini, ancaq sağlamlığını bərpa etmək və döyüş tapşırığını yerinə yetirmək niyyətində olduğunu bildirib.

Tural

Seçilən
16
news365.az

1Mənbələr