AZ

Azərbaycanda ən çox və ən az istifadə olunan sosial şəbəkə hansılardır?

Ötən ay Azərbaycanda ən populyar sosial şəbəkə “Instagram” olub.

Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin iyun ayında ölkədə “Instagram” istifadəçilərinin payı 32,07% təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə 7,9 faiz bəndi artıb.

Eyni dövrdə “Facebook” istifadəçilərinin payı 26,08%-ə yüksələrək 10,89 faiz bəndi artıb. “YouTube” istifadəçilərinin payı isə 20,57% olaraq 16,52 faiz bəndi azalıb.

Ən az istifadə olunan sosial şəbəkə isə 1% ilə “LinkedIn” olub.

Fuad Mədətov
Finss.az

Seçilən
18
41
fins.az

10Mənbələr