Yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bəzi sığorta sinifləri üzrə sığorta haqqı toplansa da, heç bir ödəniş olunmayıb.
Valyuta.az xəbər verir ki, toplanan sığorta haqqının həcmi 5 milyon 179 min manat olub.
Sığorta haqqı toplanan, amma heç bir ödəniş olmayan sığorta sinifləri aşağıdakı kimidir:
Hava nəqliyyatı vasitələrinin sığortası: 1 milyon 652 min manat
Su nəqliyyat vasitələrinin sığortası: 347 min manat
Dəmiryol nəqliyyat vasitələrinin sığortası: 22 min manat
İşçilərin dələduzluğu sığortası: 86 min manat
Pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta: 43 min manat
İşəgötürənin məsuliyyət sığortası: 195 min manat
Yük daşıyanın mülki məsuliyyətinin sığortası: 8 min manat
Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası: 2 milyon 129 min manat
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası: 190 min manat
İşin dayanması ilə bağlı risklərdən sığorta: 475 manat
Digər icbari sığorta növləri: 32 min manat
Ümumilikdə isə bu ilin ilk beş ayında sığorta şirkətləri tərəfindən 719 milyon 353 min manat sığorta haqqı toplanıb.
Sığorta ödənişlərinin həcmi isə 314 milyon 788 min manat olub.
Mayya Hüseynova