Fransanın birinci xanımı Bricit Makronun cinsiyyətinin mümkün dəyişməsi ilə bağlı nəşrlərdə adı hallanan fransız cərrah Fransua Favr Parisdə ölü tapılıb.
Publika.az xəbər verir ki, bu barədə "Enquete du jour" jurnalı məlumat yayıb .
Bildirilir ki, 29 iyun 2025-ci ildə 12-ci mərtəbənin pəncərəsindən ölümcül yıxılan kişi cəsədi tapılıb. Məhkəmə-tibb xidməti 58 yaşlı Fransua Favrın özünü öldürdüyünü təsdiqləyib.
Məlumata görə, o, Paris klinikalarından birində cərrah işləyib.
Mərhumun bacısı Favrın intihara meylli olmadığını iddia edir. O etiraf edir ki, onun ölümünün Bricit Makronun tərcümeyi-halının təfərrüatlarını aydınlaşdırmaq niyyətində olduğu müsahibə ilə bağlıdır.