
Rusiyanın bu gün istefa verən nəqliyyat naziri Roman Starovoyt Odintsovoda (Moskva vilayəti) intihar edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “112” “Telegram” kanalı mənbələrə istinadla məlumat yayıb.
Digər tərəfdən, Starovoytun intiharının ilkin səbəbi mümkün cinayət işi olub.
Bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, o, xüsusilə böyük miqyasda dələduzluqda şübhəli bilinirdi.