AZ

Heyəti daha bir qapıçı ilə gücləndirdilər - Xorvatiyalı ilə 3 illik sözləşmə

Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” heyətini daha bir qapıçı ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Saloniki təmsilçisi Lovro Maykiçi transfer edib.

25 yaşlı xorvatiyalı qolkiperlə 3 illik müqavilə imzalanıb. Xorvat buna qədər 2018-2025-ci illərdə “İstra”nın qapısını qoruyub.

“Araz-Naxçıvan” - “Aris” qarşılaşmaları iyulun 24-ü və 31-də baş tutacaq.

Seçilən
22
17
sportinfo.az

10Mənbələr