"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın 2 futbolçusunun heç bir halda satılmasını istəmir.
Fanat.Az xəbər verir ki, informasiyanı ispan jurnalist Ferran Korreas yayıb.
Mənbənin məlumatına görə, alman çalışdırıcı yarımmüdafiəçi Fermin Lopez və mərkəz müdafiəçisi Erik Qarsiyanı komandada saxlamaq niyyətindədir. O, hər iki futbolçunun oyunundan razıdır və klubun bu yay onlar üçün transfer təkliflərini nəzərdən keçirməsini istəmir. Məşqçi artıq rəhbərliyə hesabat verib ki, Lopes və Qarsiyanı toxunulmaz hesab edir. Baxmayaraq ki, hər iki futbolçunun Kataloniya nəhənginin start heyətində daimi yeri yoxdur və bu, onların mümkün gedişi ilə bağlı söz-söhbətlərə səbəb olub.
"Barselona" ötən mövsüm La Liqa, Kral Kuboku və İspaniya Superkubokunu qazanıb.
Mirağa