AZ

Rusiyanın Avropaya qaz ixracı 1970-ci illərin səviyyəsinə düşüb –“Reuters”

2025-ci ildə “Qazprom” Avropalı müştərilərə cəmi 8,33 milyard kubmetr qaz nəql edib.

AzPost bildirir ki, bu barədə “Reuters” “Türk axını”nı marşrutunun statistikasına əsaslanaraq yazır.

Bu, Rusiya qazının Avropaya tədarükü üçün son əməliyyat boru kəməridir.

DW isə xəbər verir ki, bu tədarük göstəricisi bir il əvvəllə müqayisədə 47 faiz azdır. Rusiyanın bu sahədə illik göstəricisi çətin ki, 16 milyard kubmetri keçsin:  “Türk axını”nın Avropa qolunun maksimal gücü bu qədərdir.

Rusiya 1970-ci illərin əvvəlindən Avropaya bu qədər az qaz ixrac etməyib. Məsələn, 1975-ci ildə Avropaya 19,3 milyard kubmetr, 1980-ci ildə, Almaniya ilə böyük müqavilə bağlandıqdan sonra artıq 54,8 milyard kubmetr nəql edilib.

Ukraynanın tammiqyaslı işğalı başlamazdan əvvəl boru kəməri qazının Avropaya ixracı 200 milyard kubmetrə çatmışdı.

AzPost.az

Seçilən
6
5
azpost.info

6Mənbələr