Aktual.az xəbər verir ki, bu barədə "Röyters” "Türk axını”nın statistikasına əsasən məlumat yayıb.
"Bu tədarük göstəricisi əvvəlki illə müqayisədə 47% azdır. Rusiyanın bu sahədə illik göstəricisi çətin ki, 16 milyard kubmetri - "Türk axını”nın Avropa qolunun maksimal gücünü keçsin. Rusiya 1970-ci illərin əvvəlindən Avropaya bu qədər az qaz ixrac etməyib. Məsələn, 1975-ci ildə Avropaya 19,3 milyard kubmetr, 1980-ci ildə isə Almaniya ilə böyük müqavilə bağlandıqdan sonra artıq 54,8 milyard kubmetr nəql edilib. Ukraynanın tammiqyaslı işğalından əvvəl boru kəməri ilə Avropaya qaz ixracı 200 milyard kubmetrə çatmışdı”, - məlumatda bildirilib.