Mingəçevirdə yolda təmizlik işləri ilə məşğul olan qadını avtobus vurub.
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Oğuz-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusu yol süpürən Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vurub. Müxtəlif bədən xəsarətləri alan qadın təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov