AZ

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 8-ə çatdı...


Yekaterinburqun Lenin Rayon Məhkəməsi istintaq təcridxanasına daha bir azərbaycanlını - Əziz Abasovu göndərib.

Yerli media daha əvvəl Kamal Səfərov barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayıb. K.Səfərov bildirib ki, o, ailəlidir və iki yetkinlik yaşına çatmış övladı var. Texnikumda qaynaqçı ixtisası üzrə təhsil alıb, fərdi sahibkardır. “Xəstəxanaya düşdüm. Bu gün məni istintaq komitəsinə çağırdılar, sonra məhkəməyə gətirdilər”, - deyə o, hakimin suallarını cavablandırıb.

Daha sonra Əziz Abasovun məhkəməsi keçirilib. O, 1968-ci ildə anadan olub, evlidir, övladı yoxdur. Fərdi sahibkardır. Bundan əvvəl məhkum olunmayıb. Hər iki təqsirləndirilən şəxs barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib. Onlardan heç biri özünü təqsirli bilmir.

Qeyd edək ki, bu gün Yekaterinburqun Lenin Rayon Məhkəməsi istintaqın vəsatətini təmin edərək Azərbaycan diasporunun üzvlərinə qarşı iş üzrə yeddinci təqsirləndirilən şəxs Kamal Səfərov barəsində də həbs qətimkan tədbiri seçib. Rəsmi açıqlamaya görə, Səfərov barəsində 2025-ci il iyulun 19-dək müddətə həbs qətimkan tədbiri seçilib.

ZÜMRÜD

Seçilən
16
6
baki-xeber.com

7Mənbələr