AZ

Xüsusi icra məmurunun qəbul etdiyi qərarlar dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabər olacaq

Xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyi qərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyi qərarlara bərabər olacaq.

"Report" xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilib ki, icra senedlerinin icrası ilə əlaqədar xüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasının ərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

4.2. Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar teleb olunan məlumatlar, senedlər və onların surətləri dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər, orlarını vəzifəli şəxsləri və fiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.

Seçilən
177
5
report.az

10Mənbələr