AZ

Suriyanın mərkəzində partlayış: 7 nəfər öldü

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Suriyanın mərkəzində yerləşən Həma əyalətində baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-İxbariya” telekanalı məlumat yayıb.

Yerdəki mənbələrin məlumatına görə, insident nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onların sayı barədə hələlik dəqiq məlumat yoxdur.

SANA agentliyi öz növbəsində əyalətin eyniadlı inzibati mərkəzinin şimal-şərq kənarında yanacaq çəninin partladığını bildirib. Xilasedicilər və həkimlər artıq hadisə yerinə yollanır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
9
bakivaxti.az

10Mənbələr