AZ

“Kibritçi Cevat” vəfat etdi

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

“Kurtlar Vadisi” serialında Cevat Akarsu (Kibritçi Cevat) obrazı ilə tanınan usta aktyor Şekip Taşpınar vəfat edib.

Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə onun meneceri Temmuz Karıkutal sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Taşpınar səhər saatlarında dünyasını dəyişib.

“Dəyərli aktyor Şekip Taşpınarı bu səhər itirdiyimizə görə çox məyusam. İllər boyu çox şey bölüşdük. Rahat yat, qardaş... Rahat yat”, -  Karıkutal bildirib.

Qeyd edək ki, Mehmet Şekip Taşpınar 10 fevral 1969-cu ildə Ankarada anadan olub. Ankara Dövlət Konservatoriyasını bitirib. Teatra 1988-ci ildə Ankara Xalq Oyunçuları Teatrında başlayıb. 1990-1994-cü illərdə Ankara Dövlət Konservatoriyasında təhsil alıb. 1995-1998-ci illərdə Ankara Dövlət Teatrında çalışıb. 1999-cu ildə Adana Dövlət Teatrına təyin olunub. 2000-2003-cü illərdə Çukurova Universiteti Dövlət Konservatoriyasında aktyorluq, diksiya və fonetikadan dərs deyib. 1988-ci ildən TRT və digər kanallarda səsləndirmə işi ilə məşğul olub. 2009-cu ildə “Kurtlar Vadisi Pusu” serialındakı Cevat Akarsu obrazı ilə tanınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
50
yeniavaz.com

10Mənbələr