BAKI, 2 iyul. TELEQRAF
2024–2025-ci tədris ilində 10 ali təhsil müəssisəsi üzrə 955 bakalavr və 466 magistr SABAH qruplarından məzun olur.
Teleqraf xəbər verir ki, bu barədə məlumat “SABAH-ın MƏZUNU-2025” tədbirində açıqlanıb.
Bildirilib ki, hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin "SABAH qrupları" layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı özündə birləşdirir.
Bakalavriat və magistratura səviyyələri üzrə 4134 tələbəni və 6842 məzunu əhatə edir.