UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edəcək "Zirə" heyətinə yeni futbolçu cəlb edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, toqolu vinger Abdul Aziz Batibie bundan sonra "qartallar"ın şərəfini qoruyacaq.

Onunla 4 illik razılaşma əldə olunub.

Bu, 18 yaşlı futbolçunun karyerasında ilk peşəkar müqavilədir. 

Xatırladaq ki, "Zirə" bundan öncə Brahim Konate, Yeqor Boqomolski və Rövlan Muradovu transfer edib.