Apasport portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"İnter"in futbolçusu Hakan Çalhanoğlu ölkəsində çıxış edə bilər.
Apasport.az xəbər verir ki, "Qalatasaray" türk yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul nəhəngi artıq "İnter"lə rəsmi danışıqlara başlayıb. 31 yaşlı orta xətt oyunçusu özü "Qalatasaray"ın formasını geyinməyə isti yanaşır.
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Türkiyə millisinin üzvü ötən mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.
“Empoli”dən “Torino”ya - Rəsmi
"Qalatasaray"da ayrılıq
Məhkumlar arasında badminton yarışı keçirilib
"Arsenal" onunla razılığa gəlib
"Fənərbaxça"dan Maximinə cavab: "Hüquqi addımlar atacağıq"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.