AZ

Siyasi gərginlik kiberhücum riskini ARTIRIR Ekspertdən açıqlama

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlərdə bölgədə baş verən siyasi proseslər, xüsusilə Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik fonunda kiberfəzada aktivlik artmaqdadır. Bu kontekstdə, mümkün DDOS hücumlarına qarşı ehtiyatlı olmaq tövsiyə edilir.

Bunu İKT eksperti Elvin Abbasov BAKU.WS-ə açıqlamasında bildirib. O qeyd edib ki, daha əvvəl təyyarəmizin vurulması ilə bağlı yayılan məlumatlar fonunda, qeyri-rəsmi olaraq Rusiyaya bağlı EPD29 adlı haker qrupunun Azərbaycana qarşı kiberhücum həyata keçirdiyi ehtimal edilirdi:

"Hazırda dövr yeni formalaşma mərhələsindədir və artıq görürük ki, siyasi gərginliklər və ya fiziki qarşıdurmalar baş verdikdə, kiberfəzada da aktivlik artır. İran və İsrail arasında yaşanan son münaqişədə də şahid olduq ki, haker qrupları qarşılıqlı olaraq genişmiqyaslı hücumlar həyata keçirmişdilər. Bu hadisələrin əksəriyyəti isə mediaya yansımamışdı."

Ekspert qeyd edib ki, Azərbaycan son illərdə kibertəhlükəsizlik sahəsində ciddi irəliləyiş əldə edib. Bu inkişaf beynəlxalq reytinqlərdə də öz əksini tapır:

"Hazırda ölkəmiz kiberhücumlara daha dayanıqlıdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da son texnologiyalardan istifadə edilir. Hücumların qarşısını almaq üçün kifayət qədər texniki imkan mövcuddur. Ancaq unutmaq olmaz ki, heç bir ölkə kiberhücum riskindən tam sığortalanmayıb".

Şahanə Xankişiyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
1
baku.ws

2Mənbələr