AZ

AP: HƏMAS İsraillə atəşkəsə hazırdır, lakin ABŞ şərtləri ilə deyil

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazırdır, lakin Amerika tərəfinin təklif etdiyi şərtlərlə deyil.

HİT.az bu barədə "Associated Press"ə istinadən xəbər verir. 

Məlumata görə, HƏMAS atəşkəsin şərtlərini müzakirə etmək üçün çərşənbə günü Qətər və Misir nümayəndələri ilə görüşməyi planlaşdırır.

AP hərəkatın nümayəndəsi Taher əl-Nunudan sitat gətirib: "Hərəkat razılığa gəlməyə hazır və ciddidir. HƏMAS mütləq hərbi əməliyyatların yekun dayandırılmasına gətirib çıxaracaq istənilən təşəbbüsü qəbul etməyə hazırdır".

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ nümayəndələrinin Qəzzada atəşkəs şərtləri ilə bağlı İsrail hakimiyyəti ilə razılaşdıqlarını açıqlamışdı. O, İsrailin baş naziri Benyamin Netanyahudan Qəzza zolağında döyüşlərə son qoymağı israrla tələb edəcəyini bildirib. Amerika lideri, həmçinin “Yaxın Şərqin rifahı naminə” HƏMAS-ın razılaşmanın şərtlərini qəbul edəcəyinə ümid etdiyini bildirib. 

AP-nin məlumatına görə, ABŞ-ın təklifinə İsrail qoşunlarının Qəzza zolağından qismən çıxarılması və humanitar yardımın artırılması daxildir. Agentlik razılaşmanın şərtlərinə görə HƏMAS-ın neçə girovu azad etməli olduğunu dəqiqləşdirməyib. Əvvəlki təkliflərdə təxminən 10 nəfərin azadlığa buraxılması nəzərdə tutulurdu.

Qəzza zolağında döyüşlər 2023-cü ilin oktyabrında bərpa olunub. Bu ilin yanvarında tərəflər iki ay davam edən müvəqqəti atəşkəs imzalayıblar. Martın 18-də İsrail ordusu Qəzza zolağına yenidən zərbələr endirib. Aprel ayında ABŞ prezidentinin elçisi Stiv Uitkoff Qəzza zolağında bəzi girovların azad edilməsi müqabilində atəşkəsin uzadılmasını təklif etmişdi. İsrail belə bir planla razılaşdı, HƏMAS isə şərtləri rədd etdi. Bunun ardınca İDF Fələstin ərazilərində hərbi əməliyyatını genişləndirib.

Samir
 

Seçilən
30
33
hit.az

10Mənbələr