AZ

1000 dollar üçün "Turan Tovuz"la 2 illik müavilə bağladı

"Turan Tovuz" legionerlərindən Emmanuel Hakmanla yola davam edəcək.

Tovuz təmsilçisi toqolu müdafiəçi ilə yeni müqavilə imzalayıb.

Afrikalı daha 2 il qərb təmsilçisinin şərəfini qoruyacaq.

Toqo millisinin üzvü 2023-cü ilin sentyabrından hazırkı klubunda çıxış edir. Hakman sözləşməsinin müddətini uzatmaqla qazancını da artırmağa müvəffəq olub.

Əvvəlki əməkhaqqısı 10 min dollar təşkil edən arxa xətt oyunçusu qarşıdakı sezonda 11 min dollar maaş alacaq.

2026/27-ci il mövsümündə isə bu rəqəm 12 minə çatacaq.

SPORTİNFO.AZ

Seçilən
47
50
sportinfo.az

10Mənbələr