AZ

107 illik şərəfli yol xalqın keşiyində yazılan tarix

Dogru.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hörmətli cənab general-polkovnik Vilayət Eyvazov,

Əziz polis əməkdaşları,

Azərbaycan polisinin mərd, fədakar və vicdanlı övladları!

2 iyul – Polis Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm! Sizə möhkəm can sağlığı, güclü iradə, əqidə bütövlüyü və peşəkar uğurlar arzulayıram. Bu müqəddəs peşəni şərəflə və fədakarlıqla yerinə yetirdiyiniz üçün hər birinizə təşəkkür edirəm.

Azərbaycan polisi təkcə qanunun keşiyində dayanan qurum deyil – bu, həm də dövlətçiliyimizin dayağı, xalqımızın güvən yeridir. Gərgin zamanlarda cəmiyyətin sabitliyini qoruyan, vətəndaşlarımızın həyat və əmlak təhlükəsizliyini təmin edən sizlər, hər biriniz bir qəhrəmanlıq simvolusunuz.

Müstəqil dövlətimizin güclənməsində, hüququn aliliyinin təmin olunmasında və ictimai asayişin qorunmasında göstərdiyiniz əzm və iradə, bu günün dəyərini daha da artırır.

Başda Daxili İşlər naziri, hörmətli cənab Vilayət Eyvazov olmaqla, bütün polis rəhbərliyinə və illər boyu bu şərəfli formaya xidmət etmiş hər bir əməkdaşa sonsuz minnətdarlığımı bildirirəm.

Qoy Ulu Tanrı hər zaman sizi və ailələrinizi qorusun!

Xidmətiniz daim uca tutulsun, vətən və xalq qarşısındakı sədaqətiniz heç vaxt sarsılmasın!

Dərin ehtiramla,

Vaqif Əsədov

Polis polkovniki (təqaüdçü)

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin veteranı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
dogru.az

1Mənbələr