AZ

Rusiya Ukraynaya PUA-lar və S-300 raketləri ilə hücum edib: 14 yerdə zərbələr qeydə alınıb

İyulun 2-nə keçən gecə Rusiya ordusu dörd S-300 raketi və yüzdən çox pilotsuz təyyarə ilə Ukraynaya hücum edib. Hava hücumundan müdafiə vasitələri hədəflərin əksəriyyətini zərərsizləşdirib, lakin dəqiq zərbələr olub.

Qaziler.az bildirir ki, bu barədə  Ukrayna Hərbi Hava Qüvvələrinin Teleqram kanalında  məlumat verilib.

"Bu gecə ruslar Kursk vilayətindən 4 ədəd S-300 zenit-raket raketini buraxaraq, 114 hücum pilotsuz təyyarəsi və 5 istiqamətdən - Bryansk, Şatalovo, Kursk, Millerovo, Primorsko-Axtarskdan 114 pilotsuz uçuş aparatı ilə hücuma keçiblər", - məlumatda deyilir.

Hava hücumundan müdafiə qüvvələri Ukraynanın şimalında, şərqində və cənubunda 79 pilotsuz uçan aparatı zərərsizləşdirib.

 

QAZİLER.AZ

Seçilən
26
32
qaziler.az

10Mənbələr