AZ

Rusiya vaqonları Ukraynanın balansına keçir? – Zelenskidən sərt addım

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyasına məxsus 1592 ədəd dəmiryolu vaqonunun məcburi müsadirəsini nəzərdə tutan qanun layihəsini Ali Radaya (parlamentə) təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin rəsmi saytında yerləşdirilən sənədlərdən məlum olub.

Layihənin izahat sənədində bildirilir ki, məqsəd — Rusiyanın bu vaqonlara nəzarətinin qarşısını almaqdır. Qeyd olunur ki, bu əmlakın Ukraynanın xeyrinə müsadirə olunmasına ehtiyac yaranıb.

Sənəd Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının 2024-cü ildə qəbul etdiyi qərarı təsdiqləyir. Qanun layihəsinin tam mətni isə hələ açıqlanmayıb. Müsadirə “ictimai zərurət” əsasında əsaslandırılıb.

Seçilən
8
48
nocomment.az

10Mənbələr