AZ

Çinli həkimlərdən bir ilk: 5 min km uzaqlıqdakı xəstə əməliyyat olundu

Çinli həkimlər tibb tarixinə düşəcək uğura imza atıblar. Pekində iki xəstə 5000 kilometr uzaqlıqdakı Lhasada peyk və robot cərrahiyyə texnologiyasından istifadə etməklə uğurla əməliyyat olunub.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, professor Ronq Liunun rəhbərlik etdiyi qrup Apstar-6D peykindən istifadə etməklə qaraciyər xərçəngi və hemangiomalı xəstələri fəsadsız müalicə edib.

Çinli cərrahlar 5000 kilometr uzaqlıqdakı xəstələri peykdən dəstəklənən robot sistemi vasitəsilə əməliyyat ediblər.

Ənənəvi 5G dəstəkli cərrahi sistemlərdə məsafə məhdudiyyəti olsa da, bu əməliyyatda Apstar-6D peyki aktivləşdirilərək gecikmələrin minimuma endirildiyi bildirilib. Professor Ronq Liunun rəhbərlik etdiyi həkimlər tərəfindən təxminən 124 dəqiqə davam edən əməliyyatlarla qaraciyər xərçəngi və hemangiomalı iki xəstənin uğurla müalicə edildiyi, yeni nəsil qoşulma sistemləri sayəsində əməliyyat zamanı məlumat axınının fasiləsiz təmin edildiyi və əməliyyatların yüksək dəqiqliklə həyata keçirilə bildiyi bildirilib. Əməliyyatdan sonra ciddi fəsadların olmadığı və xəstələrin 24 saat ərzində evə buraxıldığı açıqlanıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
95
8
editor.az

9Mənbələr