AZ

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Habil Hüseyn oğlu Bağırovdur.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Qeyd edək ki, ötən gün axşam saatlarında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səməd Vurğun küçəsində 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırova qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

08:05
İyulun 1-də saat 22:10 radələrində 1985-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Sumqayıt Tibb Mərkızindən "Report”un yerli bürosuna məlumat verilib.

Baş, boyun, çiyin, döş qəfəsi və üz nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları təyin olunan şəxs reanimasiya şöbəsinə yerləşdirilib. O, xəstəxanaya gətirilərkən həyat əlamətləri olmayıb.

Qeyd olunub ki, yaxınlarının təkidi ilə reanimasiya tədbirləri həyata keçirilib, lakin ölüm faktı təsdiqlənib.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

2025-07-01 22:52
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Bağırova Aygün Sirac qızının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
12
2
7news.az

10Mənbələr