AZ

PKK-nın tərk-silah olması prosesi ilə bağlı açıqlama

Hurriyyet.az xəbər verir ki, 10 gün ərzində PKK terror təşkilatının tərk-silah prosesi başlanacaq.

Qarşıdakı 10 gün ərzində 50 terrorçudan ibarət ilk qrup Şimali İraqdakı Dahuk şəhərində silahını yerə qoyacaq.

Türkiyənin "Hürriyet" qəzetinin yazdığına görə, özünü buraxdığını elan edən PKK-nın silahları yerə qoyması prosesi sentyabr ayında başa çata bilər.

Nəşrin məlumatına görə, yaraqlıların silahları təhvil verilməsi Türkiyə ilə İraqın mərkəzi orqanlarının və İraq Kürdüstanı administrasiyasının nümayəndələrinin nəzarəti altında baş tutacaq. “Hürriyet” yazır ki, tərk-silah prosesi digər ölkələrin və BMT nümayəndələrinin iştirakı olmadan həyata keçiriləcək. Qəzet qeyd edir ki, bütün PKK düşərgələri sonradan İraq hakimiyyətinin nəzarətinə keçəcək.

Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərin PKK-nın tərk-silah edilməsinin zamanı ilə bağlı suallarını cavablandırarkən bunun yaxın vaxtlarda baş verə biləcəyini deyib: "Mən konkret vaxt demək istəmirəm. Bunun yaxın günlərdə baş verə biləcəyi bir mərhələyə çatmışıq. Bu məsələ Türkiyənin terrordan təmizlənməsi baxımından son dərəcə əhəmiyyətli olacaq".

Xatırladaq ki, PKK-nın 5-7 may tarixlərində keçirilən 12-ci Qurultayında təşkilatın buraxılması barədə qərar qəbul edilib.

Hürr Tərcüman

Seçilən
59
42
hurriyyet.az

10Mənbələr