AZ

"Shamakhi Open"də lider dəyişib

"Shamakhi Open" beynəlxalq şahmat festivalının lideri dəyişib.

İdman.biz xəbər verir ki, turnir cədvəlinə VII turda Tunar Davudova qalib gələn Xəzər Babazadə başçılıq edir.

Babazadə 5,5 xal toplayıb və Xaqan Əhməd və gürcü Mixail Kekelidzeni yarım xal qabaqlayır. Bundan əvvəl liderlik edən Əhməd məhz Kekelidzeyə uduzaraq turnirdə ilk məğlubiyyətə uğrayıb.

Qeyd edək ki, "Shamakhi Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.

İdman.biz

Seçilən
20
1
idman.biz

4Mənbələr