"Shamakhi Open" beynəlxalq şahmat festivalının lideri dəyişib.
"Football-plus.az" xəbər verir ki, turnir cədvəlinə 7-ci turda Tunar Davudova qalib gələn Xəzər Babazadə başçılıq edir.
Babazadə 5,5 xal toplayıb və Xaqan Əhməd və gürcü Mixail Kekelidzeni yarım xal qabaqlayır. Bundan əvvəl liderlik edən Əhməd məhz Kekelidzeyə uduzaraq turnirdə ilk məğlubiyyətə uğrayıb.
Xatırladaq ki, "Shamakhi Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta