AZ

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 24 saat ərzində 100-dən çox insan həlak olub

İyulun 1-də İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 100-dən çox fələstinli həlak olub.

Operativ Media xəbər verir ki, bu haqda Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail hərbçiləri humanitar yardım paylama məntəqələrində ərzaq almaq üçün növbə gözləyən 28 nəfər də daxil olmaqla, ümumilikdə 109 fələstinlini qətlə yetiriblər. Anklavın Səhiyyə Nazirliyinin məlumatına əsasən, may ayının sonundan bəri humanitar yardım paylama məntəqələrinə edilən hücumlar nəticəsində 600-dən çox insan həyatını itirib.

Ümumilikdə, 2023-cü ilin oktyabrında silahlı münaqişənin şiddətlənməsindən bu günə qədər Qəzza zolağında 56 600-dən çox insan həlak olub, 134 min nəfər yaralanıb.

Seçilən
23
30
operativmedia.az

10Mənbələr