AZ

Qəzzada yardım gözləyən daha 11 nəfər öldürüldü

İsrail ordusunun Qəzza zolağının mərkəzində yardım gözləyən dinc sakinləri hədəfə aldığı hücumda 11 fələstinli ölüb, 84 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, xəstəxana mənbələrindən alınan məlumata görə, İsrail qüvvələri Qəzza şəhərinin cənubundakı Netzarim dəhlizi yaxınlığında aclıqdan əziyyət çəkən fələstinlilərə hücum edib.

İlkin məlumata görə, hücumda 11 fələstinli həyatını itirib, 84 nəfər isə yaralanıb.

İsrail ordusunun səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 69 nəfər həyatını itirib.

Son hücumdan sonra İsrailin gün ərzində təşkil etdiyi hücumlarda ölənlərin sayı 80-ə çatıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
30
turkustan.az

10Mənbələr