AZ

Tibdə süni intellekt inqilabı

“Microsoft”, “Microsoft AI Diagnostic Orchestrator” (MAI-DxO) adlı sistemi ilə dünyanın ən çətin tibbi vəziyyətlərini uğurla diaqnoz etdiyini açıqlayıb.

Tibb aləmində süni intellektin təsiri hər gün artdıqca “Microsoft” bu sahədə iddialı bir addım adıb. Şirkət “Microsoft AI Diagnostic Orchestrator” (MAI-DxO) adlı yeni tibbi süni intellekt sisteminin dünyanın ən çətin tibbi vəziyyətlərdən bəzilərinə böyük müvəffəqiyyətlə diaqnoz qoyduğunu açıqladı.

***

Dünən “Microsoft”un dərc etdiyi bloq yazısına görə, “MAI-DxO New England Journal of Medicine” (NEJM) jurnalında 304 mürəkkəb tibbi hadisə ilə bağlı aparılan testlərdə halların 85 faizinə düzgün diaqnoz qoyub. Bu nisbət təcrübəli həkimlərin əldə etdiyi 20 faizlik orta dəqiqlik nisbətindən xeyli yüksəkdir. Üstəlik, NEJM halları ümumiyyətlə birdən çox təcrübə sahəsi tələb edən mürəkkəb hallar kimi tanınır.

“Microsoft” vurğulayır ki, “MAI-DxO” sadəcə hazır cavabları yadda saxlamaq əvəzinə, real həkimlər kimi “ardıcıl diaqnoz” üsulu ilə işləyir. Sistem xəstənin simptomları əsasında suallar verir, testlər tələb edir və onların xərclərini hesablayır. Bu yolla, süni intellekt hansı testlərin həqiqətən zəruri olduğuna qərar verir, həm xərcləri, həm də lazımsız xəstə narahatlığını azaldır.

“MAI-DxO OpenAI”nin o3 modeli, “GPT”, “Llama”, “Claude”, “Gemini”, “Grok” və “DeepSeek” kimi ən qabaqcıl dil modelləri ilə birlikdə işləyir. Bu sistem müxtəlif modelləri bir araya gətirərək virtual həkimlər şurası kimi diaqnozlar çıxarır. Testlər nəticəsində sistemin tək istifadə edilən həkim və modellərdən daha dəqiq və daha sərfəli nəticələr verdiyi açıqlanıb.

***

“Microsoft” deyir ki, “MAI-DxO” həkimləri əvəz etmək üçün deyil, onları dəstəkləmək üçün nəzərdə tutulub. Şirkət hesab edir ki, sistem xüsusilə mürəkkəb hallarda həkimlərə və yüksək səhiyyə xərclərini azaltmağa kömək edə bilər. Sistemin gündəlik xəstəxana praktikasında necə işləyəcəyi hələ məlum deyil.

Seçilən
82
38
vaxt.az

10Mənbələr