"Turan Tovuz" klubu 2025/2026 mövsümünün hazırlığına başlayıb.
Offsideplus.az xəbər verir ki, komanda ilk məşqini bu gün "Hünər" təlim-məşq bazasında keçib.
Kurban Berdiyevin iyulun 6-dək Bakıda hazırlaşacaqlar.
Daha sonra Tovuz təmsilçisi Türkiyənin Ankara və Bolu şəhərlərində təlim-məşq toplanışlarında olacaq. Hər iki hazırlıq prosesi 13 gün davam edəcək.
Qeyd edək ki, Misli Premyer Liqasına avqustun 15-də start veriləcək. "Turan Tovuz" ötən mövsümü 4-cü pillədə başa vurub.