AZ

Azər Salahlı həm yerli, həm də xarici klublardan yetərincə yaxşı təklif almışdı Elcan Həsənli detalları açıqladı

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025/26 mövsümündə premyer-liqada çıxış edəcək "İmişli" dünən heyətini yaxınlarda "Neftçi"dən ayrılan Azər Salahlı ilə gücləndirdi.Klubun təqdimat şəkillərində oyunçu və icraçı direktor Aqşin Mürsəlovla yanaşı, idman sahəsində vəkil kimi çalışan Elcan Həsənlini də gördük. Onun menecer kimi fəaliyyət göstərdiyi bəllidi. Bu üzdən Azərin "İmişli" ilə anlaşmasında vasitəçi rolu oynadığına şübhə yoxdu. Odu ki, Elcan bəylə əlaqə saxlayıb keçidin detalları, başqa yerli futbolçuların da yeni komanda tapması üçün çalışıb-çalışmadığı, həmçinin legionerlərin ölkəmizə gətirilməsi yönündə planları haqda məlumat aldıq. Onun "Football-plus.az"a cavabı:

"Rəsmi şəkildə Azər Salahlının həm meneceri, həm də vəkiliyəm. Bu keçidi həmin vəzifələrim üzrə həyata keçirdim. Azər bəy həm yerli, həm də xarici klublardan yetərincə yaxşı təklif almışdı. Sadəcə, ən yaxşı maliyyə şərtləriylə "İmişli" çıxış etdi. Klubun gələcək planlarına və perspektivlərinə əsasən bu qərarı verdik. Baş məşqçi Xorxe Kaskilya Azər bəyi çox bəyənir. Bu səbəbdən indiki məqamda futbolçu üçün ən doğru qərarı verdik. Müqavilənin müddətinin 2 il olması da futbolçunun yaşına görə uyğundu. Nəzərə alaq ki, legioner limiti ləğv olunduğuna görə azərbaycanlı futbolçular klub tapmaqda çətinlik çəkir.Başqa yerli futbolçuların da transfer prosesini yekunlaşdırmışıq. Yaxın günlərdə klubları tərəfindən rəsmən elan ediləcək. Bildiyiniz kimi, eyni zamanda rəsmi FİFA agentiyəm. Bu gün legionerlərin Azərbaycan klublarına, yerli oyunçuların xarici klublara transferi yönündə danışıqlarımız davam edir. Ümid edirik ki, yaxın günlərdə daha bir neçə keçidi uğurla tamamlayacağıq".

KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
9
icma.az

10Mənbələr